Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Yeni tankerlərin inşası son 25 ildə ən aşağı səviyyədə olacaq

2023-cü ildə yeni tankerlərin təhvil verilməsi son 25 ildə ən aşağı səviyyədə olacaq.  2024-cü ildə də tankerlərin inşasında artım gözləməyə dəyməz.

“Seanews.az” xəbər verir ki,  Britaniya gəmi brokeri “Gibson”-un məlumatına görə, hazırda  dünyanın əsas gəmiqayırma zavodlarının istehsal sahələri konteyner gəmilərinin və qaz daşıyıcılarının tikintisi üçün tam “zəbt edilib”.  Bu o deməkdir ki, yaxın bir neçə il ərzində tanker donanması minimal şəkildə artacaq.

2021-ci ildə yeni gəmilərin tikintisi üçün sifarişlər əsasən konteyner gəmiləri (ümumi sifariş qovluğu 42 milyard dollar) və qaz daşıyıcıları (21,6 milyard dollar) seqmentində olub.

Ötən il sifariş edilən gəmilərin ümumi dedveyti 9,4% artıb. Eyni zamanda, sifarişlər qovluğunda tankerlərin payı 7,3 ​​faiz, balkerlərin payı 7 faiz, konteyner gəmiləri və qazdaşıyanların hər biri 23 faiz təşkil edib. Mütəxəssislər 2022-ci ilin ikinci rübündə tankerlərə tələbatın pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır