Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Almaniyanın “Fosen Yard” zavodunda yeni tipli yelkənli gəmilər inşa ediləcək

Yanacağa qənaət etmək və Beynəlxalq Dəniz Təşkilatının (IMO) ticarət donanmasının ekoloji təhlükəsizliyi üçün getdikcə sərtləşən tələblərinə riayət etmək istəyi daha orijinal layihəli hibrid gəmilərin inkişafını stimullaşdırır.

“Seanews.az” xəbər verir ki, artıq 2022-ci ilin əvvəlində Niderlandın “Conoship International Projects” (CIP) şirkəti yeni “çay-dəniz” tipli altı gəmidən ibarət seriyanın tikintisinə başlamağa hazır olduğunu elan edib.

Dedveyti 3640 ton olan gəmilərin uzunluğu 88 metr, eni 13,2 metr və suya maksimum oturumu 5 metr olacaq. Anbarların həcmi 3000 kubmetrə, istismar sürəti isə 10 düyünə çatacaq.

Gəminin burnunda “Econowind VentiFoils” tipli sərt qanad formalı yelkənləri olan iki dirəyin quraşdırılması planlaşdırılır. Bunun sayəsində layihəçilər gəminin idarə olunmasını yaxşılaşdırmaqla yanaşı, yanacaq sərfiyyatını küləyin sürətindən asılı olaraq 10%-ə qədər, atmosferə zərərli maddələrin atılmasının isə əhəmiyyətli dərəcədə azalacağına ümid edirlər.

Yeni tipli bütün ilk yelkənli dizel-elektrik gəmilərinin tikintisi Almaniyanın “Fosen Yard” (Emden) gəmiqayırma zavodunda həyata keçiriləcək ki, bu da sifarişçilərin fikrincə, ixtisaslaşdırılmış kommersiya gəmiqayırmasının Avropaya “qayıtması”nın tədricən formalaşmasından xəbər verir.

Son vaxtlar həm yük, həm də gəmi sahibləri daha çox yelkənli yük gəmiləri layihələrinə müraciət edirlər ki, bunların arasında orta ölçülü balkerlər, “RO-RO” gəmiləri, nəhəng avtomobil daşıyıcıları, eləcə də kifayət qədər böyük konteyner gəmiləri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır