Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Ever Alp” konteynerdaşıyanı Süveyş kanalında saya oturan “Ever Given”dən daha böyükdür - VİDEO

Süveyş kanalının administrasiyası “Ever Alp” adlı nəhəng konteyner gəmisinin Süveyş kanalından ilk keçidinin videosunu yayıb. Gəmi Çinin Sindao limanından Rotterdama gedir.

“Seanews.az”  xəbər verir ki,"Ever Alp" dünyanın ən böyük konteynerdaşıyanı "Ever Ace" eyni sistemli gəmidir. Bu, “Evergreen” üçün tikilən 12 meqa konteynerdaşıyanı seriyasından dördüncü gəmidir. Uzunluğu 400 metr, eni 61,5 metr, konteyner tutumu 24 min TEU-dur.

Cənubi Koreyadakı “Samsung Heavy Industries” gəmiqayırma zavodunda 6, Çində daha 6 belə gəmi tikilməlidir.

“Ever Alp” konteynerdaşıyanı keçən ilin mart ayında Süveyş kanalında saya oturan “Ever Given”dən daha böyükdür. O vaxtlar göydələn ölçülü gəminin saydan çıxarılması təxminən bir həftə çəkdi, nəticədə kanalda gəmilərin böyük növbəsi yarandı. Bəziləri başqa marşrutlara yönləndildi. Bütün bunlar qrafikin pozulmasına və limanlarda tıxaclara səbəb oldu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır