• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

Türkiyədə sıfır emissiyaya malik dünyanın ən böyük bərə gəmisi inşa ediləcək

Danimarkanın bərə operatoru “Scandlines” sıfır emissiyalı bərə gəmisinin inşasına dair Türkiyənin Cemre tərsanəsi ilə anlaşma imzalayıb.

“Seanews.az” xəbər verir ki, gəmi təhvil verildikdən sonra dünyanın ən böyük sıfır emissiyalı bərəsi olacaq. Bərənin uzunluğu 147 metr təşkil edəcək, ümumilikdə 140 sərnişin, 66 TIR daşıya biləcək.

Gəmi Puttgarden (Almaniya) - Rodby (Danimarka) marşrutu üzrə istismar ediləcək.

Bərənin 2024-cü ildə təhvil verilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır