• Bakı, 2020-05-27,
Seanews
Heyder Eliyev

miçiliyin mühəndis-geoloji gəmisi təmirə dayanıb-

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. Gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin  qüsurlu yerləri də təmir olunur. Eyni zamanda üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir. Uzunluğu 45.635, eni 9.310 metr olan gəminin maksimal sürəti 11.4 uzel, dedveyti isə 171 tondur. Məlumat üçün bildirək ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərin kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində, o cümlədən dəniz özülləri və estakadalarının tikilməsi, coğrafi-geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dənizdəki neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtkü materialları, içməli su, metanol, mal-material, avadanlıq, metal konstruksiyalar və s.) daşınmasında ən müxtəlif xidmətlər göstərir.  Elə təmirə dayanan “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi də bu xidmətlərdə istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır