• Bakı, 2021-02-25,
Seanews
Heyder Eliyev

ASCO-da koronavirusla mübarizə çərçivəsində profilaktik tədbirlər davam etdirilir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Naxçıvan”, “Mikayıl Müşfiq”, “Akademik Zərifə Əliyeva”, “Üfüq”, “Usuqçay”, “Yarenga”, “Abşeron-18”, “Abşeron-21”, “Abşeron-22”, “Barja-120”, “Kapitan Ağasiyev”, “Bunkerovşik-4”, “Şüvalan” gəmilərində aparılıb.

 Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır