Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Xankəndi” sualtı tikinti gəmisinin dəniz sınaqları uğurla tamamla

Bakı Gəmiqayırma Zavodu “Şahdəniz Mərhələ-2” layihəsi çərçivəsində inşa olunan “Xankəndi” sualtı tikinti gəmisinin dəniz sınaqlarını uğurla tamamlayıb.  Xəzər dənizində həyata keçirilən gəminin  sınaq işləri altı həftə davam edib.  Zavoddan “seanews.az”-a verilən xəbərə görə, təxminən iki aylıq intensiv diaqnostika müddətində dəniz ekspertləri “Xankəndi” gəmisinin mühərrikləri, dinamik yerləşmə və naviqasiya sistemləri, kayutların akustikası və dəniz əməliyyatları imkanlarını yoxlayıblar.  Bununla bərabər, gəminin bütün parametrlərini qiymətləndirmək üçün 120-dən çox fərqli test sınaq işləri həyata keçirilib.   Zavoddan bildirilib ki, tikinti prosesi üçün növbəti mühüm mərhələ sayılan dəniz sınaq işlərinin başa çatdırılması  gəminin  BP şirkətinə təhvilinə imkan verir.  “Xankəndi” gəmisi növbəti 10 ildə “Şahdəniz” yatağının sualtı tikinti və quraşdırma işlərində istismar olunacaq. Gəmi 2017-ci il sentyabrın əvvəlinə təyin olunmuş adlandırma mərasiminə hazırlıq üçün son tamamlanma işləri çərçivəsində hazırda Bakı Gəmiqayırma Zavodu ərazisindədir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır