Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Yunanıstanda bərələrin hərəkəti bərpa olunub

Yunanıstanda ölkənin materik hissəsi ilə yunan adaları arasında bərələrin hərəkəti bərpa olunub. Bərələrin hərəkəti mart ayından başlayaraq koronavirusun yayılması səbəbindən dayandırılmışdı.

Hazırda bərələrə daxil olan hər kəsin hərarəti ölçülür, aralarında sosial məsafə saxlanılır. Artıq Lesbos, Rodos, Korfu, Kritə asanlıqla hərəkət etmək olur. İtaliya ilə bərə əlaqəsi isə hələ də bağlıdır.

Qeyd edək ki, Yunanıstanda Aralıq dənizi ölkələri arasında ən az koronavirusa yoluxma qeydə alınıb. Yunanıstan hökuməti turizmin iyunun 15-dən etibarən tam başlanmasına ümid edir.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır