• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

Fransanın Azərbaycandakı səfiri “Bakı Gəmiqayırma Zavodu” MMC ilə tanış olub

Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros “Bakı Gəmiqayırma Zavodu” MMC- ni (BGZ) ziyarət edib. O, zavodun fəaliyyəti ilə yaxından tanış olub.

Qonağı salamlayan BGZ-nin baş meneceri İmanverdi Həsənov  xoşməramlı ziyarətinə görə cənab Zakari Qrosa təşəkkürünü bildirib. Daha sonra ötən dövrdə zavodun həyata keçirdiyi və hazırda davam edən layihələrlə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib. Görüşdə gəmi təmiri və gəmi tikintisinin inkişaf perspektivləri, Xəzəryanı ölkələrin bu prosesdəki rolu və s. məsələlər barədə də qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən fransalı səfir ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi, gəmiqayırma və gəmi təmiri sahəsində də əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb. O qeyd edib ki, fəaliyyəti müddətində bu əlaqələrin genişləndirilməsi naminə səylərini əsirgəməyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır