Türkiyə ilə Rusiya arasında bərə səfərləri başlayır
Türkiyə ilə Rusiyanın 2017-ci ildə imzaladığı dəniz daşımaları sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Zonguldak Limanı ilə Rusiyanın Kerç boğazı arasında gəmi səfərlərinə başlanılır.
Bu barədə Cənub Regional İxraca Dəstək Mərkəzinin direktoru Natalya Serova məlumat verib.
O bildirib ki, sözügedən istiqamətdə sərnişin və yük daşımaları həyata keçirəcək bərə-gəmilərinin istismarı ilə bağlı artıq qərar verilib. Səfərlər həftdə bir dəfə təşkil olunacaq.
Reyslərin başlama tarixi hələ dəqiqləşməyib, hazırda daşımalara hazırlıq məqsədilə son işlər görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır