Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Om”təchizat-yedək gəmisi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “Om” təchizat-yedək gəmisi əsaslı təmir edilib. Təmir işləri ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Proses ərzində gəminin baş və köməkçi mühərrikləri, nasosları,  boru sistemləri, yaşayış otaqları, sanitar qovşaqları və yeməkxana əsaslı təmir olunub. Bundan başqa, istismar müddəti bitmiş iki ədəd "1LA4 280-4SA90-Z"  tipli hava kompressoru müasir tipli  “MAS GA 75” tipli hava kompressoru ilə  əvəzlənib.

Tərsanə təmiri zamanı isə gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib, dib-yan armaturlarının, hərəkət-sükan,  protektor qurğularının təmiri yerinə yetirilib.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra “Om” dəniz sınağından uğurla keçib və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

“Omgəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında  iştirak edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır