Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

"Eastern Pacific" LNG donanmasını gücləndirir

Sinqapurda yerləşən "Eastern Pacific Shipping" (EPS) qaz daşımaları sahəsində mövqelərini genişləndirərək 175 min kubmetr tutumlu iki LNG daşıyıcı gəminin inşası üçün sifariş verib. Yeni tikililər şirkətin qaz nəqli biznesini genişləndirməsi çərçivəsində həyata keçirilir.

"Seanews.az" xəbər verir ki, "EPS" bu iki LNG daşıyıcısının inşasını Çinin "Jiangnan Shipyard" tərsanəsinə həvalə edib.

Gəmilərin 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

Bu sifariş "EPS"in Çində LNG daşıyıcıları üzrə ilk yeni tikinti layihəsi kimi qeyd olunur. 

Yeni sifariş edilən gəmilər klassik LNG daşıyıcıları seqmentində ən iri ölçü sinfinə daxil olacaq və "EPS"in uzunmüddətli perspektivdə qaz nəqli bazarında əsas oyunçulardan birinə çevrilmək niyyətini nümayiş etdirir.

Şirkət hazırda LNG ilə yanaşı LPG, etan və ammonyak daşımaları sahəsində də fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır