Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-24,
Seanews
Heyder Eliyev

 Danimarkada tam elektrikli sərnişin gəmisi istifadəyə verilib

Danimarkanın "Molslinjen" şirkətinə məxsus yeni nəsil tam elektrikli sərnişin gəmisi istismara verilib.

"Seanews.az" xəbər verir ki, yeni gəmi “Nerthus” adlandırılıb. 

“Nerthus” gəmisində "Danfoss"-un yüksək performanslı "iC7-Marin" elektrik ötürücü sistemi quraşdırılıb. Gəmi həmçinin bioyanacaqla işləyən ehtiyat generatorla təchiz olunub. Bu da tam enerji təhlükəsizliyi təmin edir. "Danfoss" şirkəti həm gəminin daxili enerji idarəetmə sistemlərini, həm də liman infrastrukturunu, o cümlədən sahə əsaslı enerji doldurma məntəqələrini quraraq layihənin hərtərəfli texniki təminatını həyata keçirib.

Gəmi Als və Funen adaları arasında xidmət göstərəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır