Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-19,
Seanews
Heyder Eliyev

“HMS Bristol” təkrar emal üçün Türkiyədəki gəmiqayırma zavoduna satılıb

Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Type 82” sinfinə məxsus yeganə gəmisi olan “HMS Bristol” təkrar emal üçün Türkiyədəki gəmiqayırma zavoduna satılıb.

Ordu.az xəbər verir ki, “HMS Bristol” təxminən 48 illik aktiv xidmətdən sonra 2020-ci ilin oktyabrında keçirilən mərasimdə rəsmi olaraq istismardan çıxarılıb.

“Naval Today”in məlumatına görə, “HMS Bristol”un inşası 1967-ci ildə başlayıb və o, 1973-cü ilin martında Britaniya Kral HDQ-yə təhvil verilib.

Xidməti zamanı gəmi 1982-ci ildə Folklend müharibəsində iştirak edib. Daha sonra 1987-ci ildə “Dartmouth” Təlim Parkının bir hissəsi olaraq təlim gəmisi kimi istifadəyə verilib.

“HMS Bristol” Portsmutda yerləşən Balina adasındakı HDQ Qərargahına bitişik bir liman təlim gəmisi kimi istifadəyə davam edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır