Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-17,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük elektrikli bərəsi 2030-cu ildə istismara veriləcək

Finlandiyanın “Viking Line” şirkəti  tərəfindən sifariş edilən “Helios” adlı dünyanın ən böyük elektrikli bərəsinin 2030-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, bərə Helsinki ilə Tallin arasında müntəzəm reyslərdə istismar ediləcək.

Gəminin uzunluğu 195 metr, eni 30 metr, maksimal sürəti 23 düyündür. “Helios” 650 avtomobil, 2 000 sərnişin daşıma qabiliyyətinə malik olacaq və 85-100 MWh tutumlu batareya sistemi ilə təchiz ediləcək.

“Rauma” tərsanəsi və digər yerli tərəfdaşlarla birgə inşa edilən “Helios” sıfır emissiyalı nəqliyyat hədəfi ilə fərqlənir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır