Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-07,
Seanews
Heyder Eliyev

"Yang Ming" 20 min TEU tutumlu konteyner gəmilərinə də sahib olmağı hədəfləyir

Tayvanın "Yang Ming" daşıyıcısı 20 min TEU tutumlu konteyner gəmilərinin tikintisini sifariş verməyi planlaşdırır.

“Seanews.ru” xəbər verir ki, indiyədək “Megamax” konteyner gəmiləri ilə bağlı mühafizəkar mövqedə olan “Yang Ming” gəmiçilik şirkəti fikrindən daşınıb.  Donanmasının tutumunun 2032-ci ilə qədər 1,3 milyon TEU-ya çatacağı gözlənilir.

“Yang Ming” gəmiçilik şirkəti “HMM” və “ONE”-nin də daxil olduğu “Premier Alliance”-nin yeganə üzvüdür ki, bu tutumda konteyner gəmisi yoxdur.

Hazırda “Yang Ming”-in donanması ümumi tutumu 711,4 min TEU olan 98 (39-u icarəyə götürülmüşdür) konteyner gəmisindən ibarətdir. Aprel ayı üzrə ən böyük konteyner xətlərinin siyahısında bu daşıyıcı 10-cu yerdədir.

“Yang Ming” donanmasının ən böyük konteyner gəmiləri 15 000 TEU tutumuna malikdir. Mart ayında şirkət 8 000 TEU-luq altı və 15 000 TEU-luq yeddi gəmi alacağını açıqlayıb. Koreyanın “HD Hyundai Heavy Industries” gəmiqayırma zavodunda “Yang Ming” üçün daha beş 15 min tonluq gəmi tikilir. Onların çatdırılması 2026-cı ilə planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır