Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

“Fincantieri” gəmiqayırma zavodunda “TUI Cruises” üçün inşa edilən ikinci kruiz gəmisi suya salınıb

“Fincantieri” qrupunun İtaliyanın Monfalcone şəhərindəki tərsanəsində “Mein Schiff Flow” kruiz gəmisinin rəsmi suya buraxılma mərasimi keçirilib.

“Seanews.az”  xəbər verir ki, gəmi “TUI Cruises” kruiz operatorunun (“TUI Group” və “Royal Caribbean Cruises”-un birgə müəssisəsi) sifarişi ilə tikilir. Onun istismara verilməsi 2026-cı ilin ortalarına planlaşdırılır.

Gəmi iki növ yanacaqla: LNG və MGO ilə işləmək üçün nəzərdə tutulmuş “InTUItion” seriyalı gəmilərin ikincidir. Bu layihənin ilk gəmisi “Mein Schiff Relax” 2025-ci ilin fevralında sifarişçiyə təhvil verilib.

“InTUItion Mein” seriyasındakı hər iki gəminin ümumi tutumu 160 000 tondur. Gələcəkdə onlar LNG-dən əlavə bio və ya sintetik metandan da istifadə edə biləcəklər.

Eyni zamanda, limanda olarkən sahil elektrik şəbəkəsinə qoşulması da mümkündür. Bütün bunlar limanda iş zamanı (iş vaxtının təxminən 40%-i) faktiki olaraq sıfır emissiyanı təmin edəcəkdir.

Qeyd edək ki, dünyanın ən böyük gəmiqayırma qruplarından biri olan  “Fincantieri”nin müəssisələri indiyədək 7000-dən çox gəmi tikib. 18 gəmiqayırma zavodunu birləşdirən qrup kruiz gəmilərinin, bərələrin, dəniz gəmilərinin və meqayaxtaların tikintisü üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır