Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-23,
Seanews
Heyder Eliyev

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, maşın şöbəsindəki nasoslar, hava kompressorları, soyuducular və seperatorlar sazlanıb.

Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.

“Teymur Əhmədov” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

Gəmidə yerləşən bütün rabitə və elektroradionaviqasiya avadanlıqları təmir olunub, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Burada müasir tip yeni “Inmarsat-C” peyk rabitə terminalı, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, komanda yayım qurğusu quraşdırılıb.

İşlər başa çatdıqdan sonra gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra üzən vasitə yenidən istismara qaytarılıb.

“Teymur Əhmədov” gəmisinin uzunluğu 118,7, eni 13,4 metr, yükgötürmə qabiliyyəti isə 3100 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır