Sinqapur bayraqlı yük gəmisi Türkiyədə saya oturub
Uruqvaydan 170 min ton dəmir filizi gətirən Sinqapur bayraqlı “Mildred” yük gəmisi Türkiyədə ERDEMİR limanının girişində saya oturub.
“Seanews.az” xəbər verir ki, bu barədə Dəniz İşləri Baş İdarəsi sosial media hesabında açıqlama yayıb.
Məlumata görə, hadisə yanalma əməliyyatı zamanı baş verib.
Görülən tədbirlərdən sonra gəmi xilas olunub və üzdürülüb.
Hadisə nəticəsində gəmiyə hər hansı zərər dəyməyib, eyni zamanda ətraf mühitin çirklənməsi faktı qeydə alınmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır