Baltimor körpüsünün çökməsinin səbəbkarı əsaslı təmir üçün Çinə istiqamət götürüb
Qəzadan təxminən altı ay sonra “Dali” konteyner gəmisi əsaslı təmir üçün Amerika sularından Çinin Ninbo şəhərinə yola düşüb.
“Seanews.az” “Splash247”-yə istinadən xəbər verir ki, gəmi sentyabrın 19-da ABŞ Sahil Mühafizəsi və üç yedək gəmisinin müşayiəti ilə Virciniya ştatının Norfolk şəhərindən yüksüz ayrılıb. “Dali”-nin Çinə 46 günə çatacağı gözlənilir.
Qeyd edək ki, bu həftə ABŞ Ədliyyə Departamenti “Dali” konteyner gəmisinin sahibi və operatoruna qarşı 2024-cü ilin martında Baltimorda aylarla liman əməliyyatlarını iflic edən qəzaya səbəb olduğuna görə 103 milyon dollarlıq mülki iddia qaldırıb.
2024-cü ilin ən bədnam gəmi qəzası ilə bağlı məhkəmə prosesinin uzun illər davam edəcəyi və yüz milyonlarla dollara başa gələcəyi ehtimal edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır