

Tayvan gələn ilin yazında ilk sualtı qayığını sınaqdan keçirəcək
2025-ci il martın sonu - aprelin əvvəlində Tayvan öz istehsalı olan ilk sualtı qayığı “Narval”ın dəniz sınaqlarına başlayacaq.
“Seanews.az” xəbər verir ki, bunu adanın müdafiə naziri Vellinqton Ku bildirib.
Sualtı qayığın donanmaya təhvil verilməsi 2025-ci ilin noyabrına planlaşdırılır.
Xatırladaq ki, yeddi sualtı qayığın tikintisi layihəsi Tayvana 8,88 milyard dollara başa gələcək. Sonuncu gəmi 2038-ci ilədək istismara hazır olmalıdır.
Qeyd edək ki, Tayvan öz istehsalı olan ilk sualtı qayığı bu ilin iyulunda suya buraxıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır