Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Bosfor boğazında Portuqaliya bayrağı altında üzən tankerin sükan qurğusu sıradan çıxıb

Bosfor boğazında sükan qurğusu sıradan çıxdığı üçün Portuqaliya bayraqlı “Osaka” tankeri idarəetməni itirib.

“Seanews.az” Türkiyə Sahil Mühafizəsinə istinadən xəbər verir ki, Rusiyadan Aralıq dənizindəki Mersin limanına gedən gəmi ilə bağlı hadisə Haydarpaşa yaxınlığında qeydə alınıb.

İstanbul Naviqasiya Mərkəzinin 3 yedək gəmisi dərhal köməyə tələsib və onların müşayiəti ilə 183 metrlik tanker Küçükçekmece bölgəsində təhlükəsiz yerdə lövbərdə saxlanılıb.

“Osaka”da 40,7 ton neft məhsulları olub.

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, hadisə zamanı Bosforda gəmilərin hərəkəti dayanmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır