Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-23,
Seanews
Heyder Eliyev

Rumıniya sahillərində Tanzaniya bayrağı altında üzən gəmi batıb

Tanzaniya bayrağı altında üzən “Məhəmməd-Z” gəmisi Qara dənizdə Sfintu Georgedən 26 dəniz mili aralıda batıb.

“Seanews.az” xəbər verir ki, qəzanın səbəbi hələlik məlum deyil. Fəlakətin səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırma aparılacaq.

Səhər saat 4:00 radələrində həyəcan siqnalı daxil olub, “Artemis” və “Apollon” gəmiləri, eləcə də iki sərhəd polis gəmisi və yaxınlıqdakı iki ticarət gəmisi dərhal hadisə yerinə yollanıb.

“Mohammad-Z” gəmisinin heyəti doqquz Suriya və iki Misir vətəndaşı olmaqla 11 nəfərdən ibarət olub. Onlardan səkkizi fəlakət yerinə ən yaxın olan “Mişel” ticarət gəmisi tərəfindən xilas edilib. TASS xəbər verir ki, daha üç heyət üzvünün - Suriya vətəndaşlarının axtarışları davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır