Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Arkas” dörd konteyner gəmisi sifariş edib

Türkiyənin “Arkas” konteyner xətti ümumi dəyəri 240 milyon dollar olan 4 konteyner gəmisinin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, hər birinin tutumu 4,3 min TEU olan gəmilər Çinin “Guangzhou Wenchong Shipyard” tərsanəsində tikiləcək. Onların istismara verilməsi 2028-ci ilin ikinci yarısında planlaşdırılır.

“Bu, bir daha Çin gəmiqayırma zavodlarının tam yükləndiyini təsdiqləyir”, - nəşr izah edir.

Konteyner gəmiləri ABŞ və Afrikaya daşınma üçün istifadə olunacaq.

Türkiyə daşıyıcısı sonuncu dəfə 2018-ci ildə yeni konteyner gəmiləri sifariş edib.

Yeni sifariş nəzərə alınmaqla, “Arkas”-ın daşıma qabiliyyəti 100 min TEU-nu keçəcək

“Alphaliner”-ə görə, “Arkas”-ın donanması hazırda 36 konteyner gəmisindən ibarətdir. Daşıyıcı ən böyük konteyner xətlərinin reytinqində 30-cu yeri tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır