Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

“HD KSOE” ümumi dəyəri 454 milyon dollar olan yeni müqavilələr imzalayıb

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma holdinqi Okeaniya regionundan və Avropadan olan gəmiçilik şirkətləri üçün dörd maye qaz tankeri və iki ərzaq məhsulları daşıyan tanker inşa edəcək.  

“Seanews.az” xəbər verir ki, müqavilələrin ümumi dəyəri 454 milyon dollar qiymətləndirilir.

Dörd LPG tankeri “HD Hyundai Mipo Dockyard” tərrsanəsində, iki ərzaq məhsulları daşıyan tanker isə “HD Hyundai Vietnam Shipbuilding” zavodunda tikiləcək. Gəmilərin sifarişçilərə çatdırılması müvafiq olaraq 2027-ci ilin may və 2027-ci ilin noyabr aylarına planlaşdırılır.

Son müqavilələri nəzərə alaraq, “HD KSOE” planlaşdırılan illik həcminin 68%-nə (13,5 milyard dollar) nail olub.

Şirkət 2023-cü ildə 22,6 milyard dollarlıq gəmiqayırma sifarişləri alıb və bu, illik 15,7 milyard dollarlıq hədəfini xeyli üstələyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır