Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-21,
Seanews
Heyder Eliyev

“HMM”-nin donanmasının konteyner tutumu 2026-cı ilədək 1,2 milyon TEU-ya yüksələcək

Koreyanın ən böyük konteyner daşıyıcısı “HMM” karbon neytrallığına nail olmaq istiqamətində mühüm addım atıb.

“Seanews.az” xəbər verir ki, şirkət metanolla işləyən konteyner gəmilərinin tikintisini sifariş verib.  İki gəmi istehsalçısının tikəcəyi 9 gəmi üçün “HMM” şirkəti 1,1 milyard dollar ödəyəcək.

İmzalanan müqaviləyə görə “Korea Shipbuilding Offshore Engineering”-in törəmə şirkəti olan “Hyundai Samho Heavy Industries” gəmiçilik şirkəti üçün 9000 TEU-luq yeddi konteyner gəmisi inşa edəcək.

Cənubi Koreyanın digər gəmiqayırma zavodu “HJ Shipbuilding Construction” daha iki ekoloji cəhətdən təmiz gəmi inşa edəcək. Metanolla işləyən konteyner gəmiləri 2025-ci ildən başlayaraq iki il müddətində “HMM”-ə təhvil veriləcək.

2022-ci ilin iyul ayında “HMM” qlobal sıfır karbon tendensiyasına cavab vermək səyləri çərçivəsində ekoloji təmiz donanmasının rəqabət qabiliyyətini artırmaq üçün orta və uzunmüddətli strategiyasını elan edib. Strategiya çərçivəsində şirkətin donanmasının konteyner tutumu 2026-cı ilədək 820 000 TEU-dan 1,2 milyon TEU-ya yüksələcək.

Metanolla işləyən gəmilər ətraf mühiti daha az çirkləndirdiyi üçün gəmi sahiblərinin diqqətini cəlb edir. “HMM”, metanolla işləyən bu gəmiləri Cənubi Amerika və Hindistan, eləcə də Şimali Amerika marşrutlarında istismar edəcək. Şirkətdən verilən məlumata görə, metanolun istehsalı və tədarükü ilə bağlı beş xarici və Cənubi Koreyanın enerji şirkəti, o cümlədən “European Energy” və “Hyundai Corp” ilə ilkin müqavilələr imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır