Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

TCG “Anadolu”nun tikintisi ölkənin müdafiə sənayesinin inkişafına əhəmiyyətli təkan verib

Türkiyənin İspaniyanın “Navantia” şirkəti ilə birgə hazırladığı və yerli istehsal olan TCG “Anadolu” amfibiya hücum gəmisi artıq Türkiyə Hərbi Dəniz Qüvvələrinin ixtiyarındadır.

TCG “Anadolu” hazır şəkildə alınsaydı, hansı maliyyə itkisi olardı?

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir bu məsələyə aydınlıq gətirib.

“TCG “Anadolu”nu xaricdən alsaydıq, ən azı 400 milyon avro əlavə xərcə düşərdik. Həm də “HAVELSAN” buradadır. Gəmidəki komanda-nəzarət texnologiyalarının yerli olması da çox vacibdir”, - deyə İsmayıl Dəmir qeyd edib.

Digər tərəfdən, TCG “Anadolu”nun yerli istehsalı Türkiyə müdafiə sənayesinin inkişafına əhəmiyyətli təkan verib.

“Advent” döyüş idarəetmə sistemindən istifadə edən TCG “Anadolu”da istənilən milli həll asanlıqla gəmiyə inteqrasiya olunur.

“Ordu.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır