“COSCO” metanolla işləyən dörd gəmi sifariş verib
“COSCO” metanolla işləyə bilən 16 000 TEU-luq dörd konteyner gəmisinin tikintisi üçün sifariş verib.
“Seanews.az” xəbər verir ki, gəmilər “COSCO”-nun Yançjoudakı törəmə zavodunda tikiləcək.
Konteyner gəmilərinin istismara verilməsi 2025-ci ilin ikinci yarısına planlaşdırılır. Sifarişin dəyəri açıqlanmır.
Xatırladaq ki, ötən ilin payızında “COSCO” 24 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisinə dair müqavilələr imzalayıb ki, onların da hamısı metanolla işləyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır