519 milyon dollara iki LNG tankeri inşa ediləcək
Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering Co” şirkəti iki qaz daşıyıcısının tikintisi üçün sifariş alıb.
“Seanews.az” xəbər verir ki, sifarişin dəyəri 519 milyon dollardır.
“HD Korea Shipbuilding”-in üç törəmə müəssisəsindən biri olan “Hyundai Samho Heavy Industries Co.,” Seuldan 308 kilometr cənubda yerləşən Yeonam limanındakı gəmiqayırma zavodunda iki LNG tankeri inşa edəcək.
Qaz daşıyıcıları adı çəkilməyən gəmiçilik şirkətinə 2027-ci ilin martına qədər təhvil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır