Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Filiz daşıyan gəmilərə taxıl vurulacaq

Filizin daşınması üçün istifadə edilən quru yük gəmiləri taxıl məhsullarının Asiya limanlarına daşınması üçün təmizlənir.

“Bloomberg”-in məlumatına görə, bu, bu xammala olan tələbatın azalması ilə bağlıdır.

Nəşr izah edir ki, Çində mənzil tikintisinin azalması dəmir filizinə tələbatı azaldıb ki, bu da öz növbəsində yükdaşıma tariflərini ötən ilki göstəricilərdən 50% aşağı salıb. Bu şəraitdə əvvəllər dəmir filizi daşıyan bir sıra iri şirkətlərə qarğıdalı və soyanın daşınması üçün gəmilər icarəyə götürmək daha sərfəli olmuşdur.

Düzdür, hazırda belə əməliyyatların sayı azdır. Əvvəllər filiz daşıyan gəmilərə taxıl yükləmək üçün ilk növbədə onun anbarları yaxşıca yuyulmalı, pasdan, metal tozundan və çirkdən təmizlənməlidir ki, bu da həm vaxt, həm də pul tələb edir.

Belə ki, anbarlar yüksək təzyiq altında kimyəvi maddələrlə su axını ilə yuyulur, sonra divarlar və dibi fırçalarla təmizlənir, bundan sonra çirkli su xaric edilir. Təmizləmə təxminən 7-8 min dollara başa gələ bilər, bütün proses isə bir neçə gün çəkir. Bundan əlavə, anbarların daxili səthlərinin qumlanması və rənglənməsi tələb oluna bilər.

Taxıl daşınmasına çevirmək üçün dedveyti təxminən 100 000 ton olan kiçik yükdaşıyıcılar  - “Baby Capes” seçilir.

“COFCO International”, gələn il Braziliyadan Cənub-Şərqi Asiyaya soya daşımaq üçün ilk “Baby Cape” toplu daşıyıcılarını artıq icarəyə götürdüyünü bildirib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır