Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Dəniz patrul gəmilərinə müdafiə sistemləri quraşdırılacaq

Türkiyənin “ASFAT” şirkəti tərəfindən hazırlanan “ADKG” adlı dəniz patrul gəmilərinə “Hisar-O” Hava Hücumundan Müdafiə (HHM) sistemləri quraşdırılacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Turk” nəşri yazıb.

“Hisar-O” sistemlərinin təmin etdiyi orta hündürlük imkanları sayəsində “ADKG”-lər mövcud korvetlərə nisbətən daha geniş ərazidə hava hücumundan müdafiə təşkil edə biləcək.

Qeyd edək ki, gəmidə 76 mm çaplı artilleriya silahı, “Gökdeniz” yaxın mənzilli HHM sistemi, gəmi əleyhinə raketlər, “Umtas” raket sistemi kimi silahlar yerləşdiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır