Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Qaz daşıyanı cəmi 80 günə LNG təchizatı gəmisinə çeviriblər

Çinin “Guangzhou Shipbuilding International” (“GSI”) gəmiqayırma zavodu ölkənin ilk LNG daşıyıcısından təchizat gəmisinə çevrilməsi layihəsini başa çatdırıb.

“Seanews.az”ın məlumatına görə, uzunluğu 184,4 metr olan qaz daşıyıcısı 2015-ci ildə tikilib və Çinin sahilyanı rayonlarında istismar edilib. 30 min kubmetrə qədər qaz daşıya bilirdi. Gəmini cəmi 80 gün ərzində LNG təchizatı gəmisinə çevriblər.

“Hai Yang Shi You 301” adlandırılan gəmi artıq “gəmidən-gəmiyə” LNG ötürmə əməliyyatlarını həyata keçirə biləcək. Saatda 1,6 min kubmetr LNG verəcək.

Gəmi Çinin “CNOOC Energy Technology & Services” şirkəti tərəfindən idarə olunacaq. “Hai Yang Shi You 301 Nanşada” yerləşəcək və meqa konteyner daşıyıcılarına, neft tankerlərinə, filiz daşıyıcılarına və avtomobil daşıyıcılarına xidmət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır