Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Təchizat gəmisi tikmək üçün birgə müəssisə yaradılıb

İsveçin “OljOla Shipping”, “Stena Oil” və “Stena Teknik” şirkətləri gəmiləri metanol və müxtəlif növ bioyanacaqla təmin edəcək təchizat gəmisi tikmək üçün birgə müəssisə yaradıblar.

“Seanews.az”-ın məlumatına görə, layihəni Kuzey hazırlayıb və gəmi Tuzlada (Türkiyə) “GENKA” Gəmiqayırma zavodunda inşa edilir. Tanker iki pərvanə, iki baş mühərrik və üç dizel generatoru ilə təchiz ediləcək.

Gəminin uzunluğu 66,76 metr, eni 12 metr, suyaoturumu 4,7 metr, ümumi tutumu  1496 ton, dedveyti 2000 ton, yük çənlərinin tutumu  təxminən 2100 kubmetrdir.

“Bureau Veritas” sinfinə uyğun olaraq tikilən gəminin Şimali Avropanın sularında istismar edilməsi planlaşdırılır. Gəmi sahibi qismində çıxış edən “OljOla Shipping” şirkəti texniki idarəetmə funksiyalarını yerinə yetirəcək. Kommersiya operatoru “Stena Oil” şirkətidir, tikinti layihəsini isə “Stena Teknik” idarə edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır