Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Türkiyənin inşa edilən supertrauler daimi qeydiyyat limanına gedir

“Okeanrıbflot” şirkətlər qrupu üçün Türkiyənin “Tersane” gəmiqayırma zavodunda inşa edilən yeni nəsil balıqçı gəmisi "Vladimir Biryukov" daimi qeydiyyat limanı Petropavlovsk-Kamçatskiyə istiqamət götrürüb.

“Seanews.az”ın məlumatına görə, supertraulerdə Rusiya bayrağı 2022-ci il oktyabrın 8-də  qaldırılıb. "Vladimir Biryukov" əvvəllər "Okeanrıbflot"a təhvil verilmiş "Georgi Meşeryakov" ilə birlikdə “Pulkovski Meridian” tipli 1288 layihənin beş böyük avtonom dondurucu tipli gəmini (BAMT) əvəz edə bilər.

Uzunluğu 108 metr, eni  20 metr, sürəti  16 dəniz mili olan supertrauler sutkada 450 ton balığın emalı üçün 12 xətt, 4770 kubmetr tutumlu dondurucu və soyuducu anbarlarla təchiz edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır