Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük tankeri satılıb

“Euronav” şirkətinə məxsus “Europe” neftdaşıyan tankeri satılıb. Bu tanker dünyada ən böyük hesab edilir.

“Seanews.az”-ın “Trade Winds” gəmiçilik xəbər xidmətinə istinadən verdiyi məlumata görə alıcının kim olması barədə məlumat verilmir. Amma ödənilən məbləğin 34,7 milyon dollar olduğu məlumdur. Üzən neft anbarı kimi istifadə ediləcək tankerin ilin sonuna qədər alıcıya təhvil verilməsi nəzərdə tutulub.

2002-ci ildə tikilən gəmi 441,56 min ton dedveytlidir. Uzunluğu 380, eni isə 68 m-dir.

Şirkətdən verilən məlumata görə bu miqyaslı tankerdən 4 ədəd mövcuddur. Onlardan 3-ü hal-hazırda hələ də “Euronav”-a məxsusdur. Onlardan ikisi üzən neft anbarı kimi Qətərdə uzun müddətli müqavilə əsasında fəaliyyət göstərir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır