Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Koroğlu” tankeri təmirdən sonra da həftələrlə sahilə yan almadan üzə bi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Koroğlu” tankeri mart  ayının əvvəlindən  “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Gəmi təmirçiləri qısa müddətdə xeyli iş görüblər. Belə ki, tankerin sualtı hissəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, nasos və  kompressorlar, digər vacib mexanizmlər yüksək keyfiyyətlə təmir edilib. Bundan başqa, yük qızdırma sisteminin bütün boruları  yenisi ilə əvəzlənib. Gəminin gövdəsində qaynaq işləri də yekunlaşıb. Həmçinin, istifadə müddəti bitən avar valının plastik  yastıqları dəyişdirilib.  Həmin yastıqlar  elə “Zığ” Gəmi Təmiri Zavodunda hazırlanıb. Təmir zamanı “Koroğlu” tankerinin  idarəetmə sistemləri də daha müasirləri ilə əvəz ediləcək. Görüləcək işlər tankerin yanacaq sərfiyyatının xeyli azalmasına  imkan verəcək. Təmir işlərinin mayın əvvəlində başa çatdırılacağı nəzərdə tutulur. Yekunda yeni avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi sınaqdan keçiriləcək.  Məlumat üçün bildirək ki, 13 min ton yükgötürmə qabiliyyətinə malik   “Koroğlu” tankeri 2006-cı ildə istismara verilib. Uzunluğu 149,9, eni 17, 3 metr, sürəti 12 uzel olan gəminin 12 anbar və bir durulducu tankı var. Çətin  hava şəraitində də işləməyə qadir olan gəminin  dibinin və gövdəsinin ikiqat olması arzuaolunmaz  vəziyyətlərdə neftin dənizə tökülməsinin qarşısını almağa imkan verir. “Koroğlu” tankeri 20 günədək sahilə yan almadan üzə bilər. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda  34 tankerdən ibarət donanmanın yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına daha da gücləndirilməsi planlaşdırılır.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır