• Bakı, 2020-12-05,
Seanews
Heyder Eliyev

Açıq sularda ilkin tibbi yardımın göstərilməsi - II hissə

Həyati əhəmiyyətli  mühüm funksiyaların bərpası: süni nəfəsvermə və ürəyin dolayı masajı

Həyati əhəmiyyətli funksiyaların bərpası – bu, tənəffüsün kəsilməsinin və ürəyin dayanmasının aşkarlanması və bunların bərpasından ibarət prosedurdur, həyatın xilasına istiqamətlənib.

Atmosferdə qatışığı təqribən 21% olan oksigen bütün hüceyrələrin həyatı üçün zəruridir. Əgər 4 dəqiqə ərzində oksigen almasa baş beyin ölməyə başlayır. Baş beynin hüceyrələrinin oksigenlə təmin olunması üçün nəfəsalma, yəni ağ ciyərlər tərəfindən oksigenin tutulması və onun qan hüceyrələri vasitəsilə ağ ciyərlərdən baş beyinə nəqli zəruridir. Tənəffüs yollarının, nəfəsalmanın və ya qan dövranının keçimliyinin istənilən ciddi pozulması tez bir zamanda baş beyinin məhv olmasına gətirib çıxara bilər. Həyati əhəmiyyətli funksiyaların bərpası tənəffüs yollarının azad edilməsi, nəfəsalmanın və qan dövranının təmin olunmasından ibarətdir.

Həyati əhəmiyyətli funksiyaların bərpa olunması hansısa bir alət və ya materialların mövcudluğunu tələb etmir və vəziyyəti yaxşılaşana, xəstəni ixtisaslaşmış tibbi köməyin göstəriləcəyi xəstəxanaya çatdırılmanın mümkün olacağı vaxtadək onun həyatını qorumağa imkan verir. Sonuncu məkanda yardım göstərilməsi müəyyən avadanlığın tətbiqi, ürəyin fəaliyyətinin monitorinqi, detibrilyasiyanın, müxtəlif məhlulların venadaxili infuziyası və ayrı-ayrı müəyyən dərmanların yeridilməsindən ibarət olur.

Həyati vacib funksiyaların bərpasını gerçəkləşdirərkən daim göstərilən yardımın təcililiyini xatırlamaq lazımdır.

İdealda həyati əhəmiyyətli funksiyaların bərpasının dərk edilməsi və onun başlanğıcı arasında cəmi bir neçə saniyə keçməlidir. Nəfəsalmanın, yaxud qan dövranının pozulmasını və ya yoxluğunu yubanmadan aşkara çıxarmaq gərəkdir.

Əgər pozulan və ya yox olan yalnız tənəffüsdürsə, nəfəsalma yollarını azad eləmək və ya SÜNİ NƏFƏSVERMƏ tətbiq etmək lazımdır.

Əgər qan dövranı da dayanıbsa, ÜRƏYƏ DOLAYI MASAJ yolu ilə süni qan dövranını təmin etmək gərəkdir.

Əgər tənəffüs ürək dayanana qədər kəsilirsə, ciyərlərdə həyatın bir neçə dəqiqə ərzində qorunub saxlanılmasına kifayət edəcək qədər hava qalır. Lakin, əgər əvvəlcə ürək dayanırsa, onda beyinin oksigenlə təminatı dərhal kəsilir. Əgər baş beyin 4-6 dəqiqə ərzində oksigen almırsa, onun sıradan çıxması tam ehtimal olunandır. Əgər qan dövranı 6 dəqiqədən artıq kəsilirsə, baş beyinin sıradan çıxması daha çox ehtimal edilən olur.

Tam aydındır ki, tənəffüsün və qan dövranının bərpasının zəruriliyini mümkün qədər tez təyin etmək və müvafiq prosedurların gerçəkləşdirilməsinə başlamaq lazımdır.

Həyati əhəmiyyətli funksiyaların bərpasına başladıqdan sonra onu heç vəchlə 5 saniyədən artıq müddətə kəsməyin, bunun yeganə səbəbi xəstənin başqa yerə köçürülməsi zərurəti ola bilər. Lakin bu halda da hər bir fasilənin müddəti 15 saniyəni aşa bilməz.

Tənəffüs yollarının azad edilməsi

NƏFƏS YOLLARININ KEÇİMLİYİNİN BƏRPASI – SÜNİ NƏFƏSVERMƏNİN ƏN MÜHÜM MƏRHƏLƏSİDİR. Bu sadə tədbir sayəsində sərbəst nəfəsalmanı bərpa eləmək mümkündür. Xəstəni üzüyuxarı olaraq sərt müstəvi üzərinə uzadın. Bir əli onun boynunun altına, ikincisini isə - altına qoyun. Bir əllə boynu yuxarı qaldırın, digəri iləsə başı geri əyin (şək. 4).

Şəkil 4. Tənəffüs yollarının azad edilməsi.

 Bu zaman boyun dartılır, dilin kökü isə qırtlağın arxa divarından aralanır. Süni nəfəsvermənin və ürəyin dolayı masajının davam etdiyi bütün müddət ərzində başı bu cür vəziyyətdə saxlamaq lazımdır. Əgər tənəffüs yolları əvvəlki kimi keçilməzdirsə, barmaqlarla ağızı və udlağı (hülqumu) kənar əşyalardan təmizləmək lazımdır.

Siz tənəffüs yollarını azad etdikdən sonra xəstənin sərbəst nəfəsalması bərpa oluna bilər. Nəfəsalmanın bərpa olunub-olunmamasını müəyyənləşdirdikdən ötrü xilasedici öz qulağını pasiyentin burnuna və ağzına 2-3 sm yaxınlaşdırmalıdır. Əgər xilasedici verilən nəfəsi hiss edir və eşidirsə, xəstənin döş qəfəsinin və qarnının hərəkətini görürsə, deməli, tənəffüs bərpa olunub. Havanın hərəkətinin hiss edilməsi və onun səsinin eşidilməsi döş qəfəsinin və qarnın hərəkətindən daha mühüm əlamətlərdir.

Tənəffüs yollarının keçilməzliyi zamanı hava ağ ciyərlərə çatmaya bilər, baxmayaraq ki, xəstə sürəklə nəfəs alır, döş qəfəsi və qarnı da hərəkətdədir. Bundan başqa, tam geyimli olan xəstənin döş qəfəsinin və qarnının hərəkətini ayırd etmək çox çətindir.

Nəfəsvermə

Əgər başın geri əyilməsindən dərhal sonra xəstənin sərbəst tənəffüsü bərpa olunmuşsa, dərhal “ağızdan ağıza”, “ağızdan buruna” və ya hansısa digər üsul üzrə nəfəsverməyə başlamaq lazımdır. Hər hansı üsuldan istifadə zamanı tənəffüs yollarının keçimliliyi təmin olunmalıdır.

“Ağızdan ağıza” süni nəfəsverməsi

  • Bir əlinizi pasiyentin boynunun ardına qoymaqla onun başını mümkün qədər geri əyin (Bax: şək.4B).
  • Digər əlinizi pasiyentin alnına qoyun. Bu əlin böyük və işarə barmaqları ilə xəstənin burun pərlərini sıxın ki, burun vasitəsilə hava sızıntısının qarşısını alasız.

Həmin əlin ovuc hissəsi ilə pasiyentin alnına təzyiq göstərməkdə davam edin ki, başı maksimal olaraq geri əyilmiş vəziyyətdə saxlaya biləsiniz.

  • Dərindən nəfəs alın, bundan sonra öz dodaqlarınızla xəstənin dodaqlarını sıx sarın (Bax: şək.5).
  • Xəstənin nəfəs yollarına dörd sürətli və güclü nəfəsvermə edin.

Havavurma zamanı döş qəfəsinin hərəkətini izləyin.

  • Düzgün süni nəfəsvermə vaxtı döş qəfəsi qalxmalı və enməlidir. Başınızı kənara çəkin ki, zərərçəkəndə passiv nəfəsvermə baş versin.
  • Əgər siz doğru vəziyyətdəsinizsə, öz yanağınızla çıxan nəfəsin hərəkətini hiss edə bilərsiniz (Bax: şək.6).

 

Şəkil 5. “Ağızdan ağıza” üsulu üzrə süni nəfəsvermə. Xilasedici öz dodaqları ilə xəstənin ağzını kip tutur və güclü surətdə nəfəs verir.

                                          

Şəkil 6. “Ağızdan ağıza” üsulu üzrə nəfəsvermə. Xilasedici nəfəs verir, bu zaman xəstənin nəfəsverməsi baş verir.

                                                                            

Şəkil 7. “Ağızdan buruna” üsulu üzrə süni nəfəsvermə. 

  • Növbəti dərin nəfəsverməni edin, dodaqlarınızla zərərçəkənin ağzını kip dövrələyin və yenidən güclü üfürmə edin.
  • Böyüklərə və dörd yaşdan yuxarı uşaqlara yardım edilməsi zamanı bu proseduru dəqiqədə 10-12 dəfə (hər 5 saniyədənbir) təkrarlayın.
  • Əgər havanın hərəkəti yoxdursa, nəfəs yollarının keçilməzliyi qalırsa, barmaqlarınızla qğızdan və boğazdan yad cisimləri təmizləyin və sonra yenidən süni tənəffüs verməyə başlayın. Yad cismin mövcudluğundan o vaxt şübhələnmək lazımdır ki, siz süni nəfəsverməni düzgün keçirsəniz də, ağ ciyərləri hava ilə doldura bilmirsiniz.

“Ağızdan buruna” süni nəfəsverməsi

“Ağızdan buruna” nəfəsverməni o hallarda tətbiq etmək lazımdır ki, zərərçəkənin ağzını açmaq mümkün olmasın, ağız güclü zədələnsin və xilasedici öz dodaqları ilə zərərçəkənin ağzını kip tuta bilməsin (Bax: şək. 7).

  • Zərərçəkənin başını bir əllə güclü şəkildə geri qarın. Digər əlinizlə zərərçəkənin aşağı çənəsini yuxarı sıxıb, bununla onun ağzını bağlayın.
  • Dərindən nəfəs alın, dodaqlarınızla zərərçəkənin burnunu kip əhatə edin və döş qəfəsinin hərəkətini izləməklə güclü nəfəsvermə edin.

Bu cür nəfəsverməni sürətlə dörd dəfə təkraralayın.

  • Başınızı kənara çəkməklə zərərçəkənin passiv nəfəs verməsinə imkan yaradın.
  • Dəqiqədə 10-12 nəfəsvermə edin.

 

Bunu da OXU

Adıgözəl Məmmədov

Sosial inkişaf və nəqliyyat şöbəsi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır