Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-11,
Seanews
Heyder Eliyev

La-Manş boğazında yanğın çıxan gəmi Fransa sularına sürüklənib

Aprelin 8-də La-Manş boğazında Antiqa və Barbuda bayrağı altında üzən, Niderland şirkətinə məxsus "RDJ Waalstroom" yük gəmisində güclü yanğın baş verib. Portsmouthdan İspaniyaya yollanan 90 metrlik gəminin maşın şöbəsində başlayan yanğın nəticəsində gəmi idarəetməni itirərək dənizdə sürüklənməyə başlayıb.

“Seanews.az” xəbər verir ki, gəmi heyəti (6 nəfər) maşın şöbəsini tərk edərək avtomatik yanğınsöndürmə sistemini işə salsa da, bir dənizçi ağır xəsarət alıb.

Britaniya Sahil Mühafizəsinin helikopteri hadisə yerinə gələrək yaralı dənizçini gəmi göyərtəsindən götürüb və xəstəxanaya çatdırıb. Britaniyanın Salkombe limanından xilasetmə qayığı və Niderland hərbi gəmisi də köməyə gəlib.

Gəmi dənizdə sürüklənərək Fransa sularına keçdiyi üçün əməliyyatın koordinasiyası gecə saatlarında bu ölkənin hakimiyyətinə təhvil verilib. Göyərtəsində 5 heyət üzvü qalan gəmi xilasedici yedək gəmisi tərəfindən götürülərək Fransa limanlarından birinə aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır