Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti – 31 may 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda ölkəmizin beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi üçün atılan mühüm addımlardan, ABŞ-ın paytaxtında Transxəzər regionu ilə bağlı aparılan strateji müzakirələrdən, Bakı Ekspo Mərkəzində təşkil olunan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgisində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil olunmasından, Bakıda baş tutan “Port Festival”dan, 14 il əvvəl istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə indiyədək 3,2 milyard barrel xam neftin nəql olunmasından, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin köçkün həyatı yaşayan soydaşlarımıza növbəti yardımından, Azərbaycan Dövlət Dəniz Akademiyasında tədrisin keyfiyyətini daha da yüksəltmək üçün həyata keçirilən ardıcıl tədbirlərdən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsindən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Avropa ilə əməkdaşlığından, Aralıq dənizi ilə Avropaya üz tutan qaçqınların sayının azalmasından, sentyabradək balıqların sənaye üsulu ilə ovlanmasının qadağan edilməsindən, okeanların səviyyəsinin artmasının yaratdığı təhlükələrdən, dənizdəki mərcanların təxminən üçdəbirinin məhv olmasından, yelkənçilərimizin qitə çempionatına hazırlığından, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır