Hüseyn Sözlüdən yubiley TƏBRİKİ
Qocaman dənizçi, şair Hüseyn Sözlü ASCO-nun Donanmanın texniki istismar departamentinin rəisi Balakişi Səfərova 60 illik yubileyi münasibətilə şeir həsr edib.
BÖYÜK KİŞİSƏN
Sən dənizi sevdin,dənizi seçdin,
Bütün ürəyinlə dənizə köçdün,
Sən dostluq qədəhin dənizdə içdin
Əsil dənizçisən,sən dənizçisən,
Adın Balakişi,böyük kişisən!
Sakit,təmkinlitək tanıdım səni,
Taleyin dənizdə yandırdı şəmi.
Hərkəslə dost oldun,ürək həmdəmi
Yaxşılar içində oldun daim sən,
Adın Balakişi,böyük kişisən!
Vəzifəndə oldun,üzü ağ oldun,
Vəzifədə oldun sən sadə qaldın,
Keçən günlərini yadına saldın
Olmadın bir para kişilərə tən,
Adın Balakişi,böyük kişisən!
Ucaldın həyatda öz əməyinlə,
Əl tutdun hər kəsə öz köməyinlə,
Könüllərə köçdün öz dəyərinlə
Sözlü kimi söyləyirəm bunu mən,
Adın Balakişi,böyük kişisən!
Hüseyn Sözlü 18.07.2023-cü il