Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Dənizçi Fərəməz Mustafayevin Xankəndidən başlanan şərəfli ömür yolu - #QürurlaXatırlayırıq

Fərəməz Əli oğlu Mustafayev 22 yanvar 1932-ci ildə Xankəndidə anadan olub. 1944-cü ildə dənizçi olmaq arzusu ilə Bakıya gəlib və əvvəlcə Bakı yunqa məktəbində, 1947-1951-ci illərdə isə Bakı dəniz yolları məktəbində oxuyub və mexanik ixtisasına yiyələnib. Daha sonra F. Mustafayev istehsalatdan ayrılmadan Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib.

Dənizçi kimi fəaliyyətinə “Qəhrəman Mehdi” quru yük gəmisində 4-cü mexanik kimi başlayıb və qısa müddətdə bacarığı, savadı ilə fərqlənərək baş mexanik vəzifəsinə irəli çəkilib. “Ucar”, “Cəbrayıl”, “Port İliç” və sair gəmilərdə böyük mexanik kimi yaxın-uzaq səfərlərə çıxıb.

1971-ci ildə sahildə işə dəvət olunan Fərəməz müəllim məsləhətçi mexanik, gəmi təmiri zavodları xidmətinin rəisi, gəmi təsərrüfatı xidmətinin rəisi işləyib.

1975-1980-ci illərdə Dəniz Donanması nazirinin əmri ilə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbində dövlət ixtisasartırma komissiyasına rəhbərlik edib. 1976-cı ildə Finlandiyada “Kapitan İzmayılov” buzqıran gəmisini qəbul edən komissiyanın sədri olub.

Böyük təşkilatçılıq və təsərrüfatçılıq qabiliyyəti  nəzərə alınaraq Fərəməz Mustafayev 1980-ci ildə Xəzər Dəniz Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru təyin olunub və 17 il bu kollektivə rəhbərlik edib.

F. Mustafayevin əməyi yüksək qiymətləndirilib, 1963-cü ildə Lenin ordeni ilə təltif edilib, müxtəlif medallara, fəxri fərmanlara layiq görülüb.    

Fərəməz Mustafayev 2000-ci ilin noyabr ayında dünyasını dəyişib.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır