Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Yeni inşa edilən gəmi LNG-ni Mavritaniya, Seneqala və regionun digər ölkələrinə çatdıracaq

Çinin “COSCO Shipping Heavy Industry” tərsanəsi Afrikada mayeləşdirilmiş təbii qaz layihəsində istifadə ediləcək dünyanın ən böyük üzən neft və qazı saxlama və boşaltma gəmisinin (FPSO) tikintisini tamamlayıb.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 1,44 milyon barel neft saxlama qabiliyyəti olan gəmi Qərbi Afrikadakı Mavritaniya və Seneqal sahillərində yerləşən Tortu/Ahmeim mayeləşdirilmiş təbii qaz yatağına xidmət göstərəcək, LNG-ni Mavritaniya, Seneqala və regionun digər ölkələrinə çatdıracaq.  

Layihə beynəlxalq yaşıl enerjinin inkişafında da mühüm rol oynayacaq. Gəmi Britaniyanın neft və qaz nəhəngi “BP PLC”-nin sifarişi ilə  “COSCO Shipping Heavy Industry Co” və “TechnipFMC PLC” tərəfindən inşa edilib. “Tortue FPSO”-nun tikintisi 2019-cu ilin may ayında başlayıb və cari il sentyabrın 9-da başa çatıb.

Uzunluğu 70 metr, eni 54 metr olan  gəminin  istismar müddəti 30 il nəzərdə tutulub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır