“Xəzər” bağçasının uşaqları Heydər babanı yad ediblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xəzər” uşaq bağçasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən film nümayiş etdirilib. Burada tərbiyə alan 3, 4 və 5 yaşlı uşaqlardan ibarət kollektivin ifasında Ulu Öndərə, Azərbaycana həsr olunmuş şerlər və mahnılar səslənib, rəqslər ifa olunub.
Tədbir qonaqlar və valideynlər tərəfindən sevinclə qarşılanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır