Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Aİ iki gəmiqayırma nəhənginin birləşməsi ideyasını bəyənməyib

Avropa İttifaqının antiinhisar qurumu Cənubi Koreyanın ən böyük iki gəmiqayırma qruplarından “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “Hyundai Heavy Industries Holdings” (“HHIH”) şirkətlərinin birləşmək planlarını təsdiqləməyib. 

“Seanews.az” xəbər verir ki, Avropa Komissiyasının rəqabət üzrə komissarı Marqret Vestager  bunun bazarda tədarükçülərin sayının azalmasına, yeni LNG tankerlərinin və Avropa istehlakçıları üçün mayeləşdirilmiş təbii qazın qiymətinin artmasına səbəb olacağını bildirib.

Marqret Vestagerin sözlərinə görə, onun şöbəsi 2019-cu ilin noyabrından ərizəyə baxır və əməliyyatın tərəflərindən təminat almayıb.

Enerji təchizatı mənbələrinin şaxələndirilməsi Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir. Aİ-nin bütün enerji istehlakının təxminən dörddə biri təbii qazın payına düşür, əksəriyyəti LNG şəklində daxil olmaqla idxal olunur.

Avropa İttifaqının məlumatına görə, son beş ildə yeni LNG tankerləri bazarı 45,9 milyard dollar təşkil edib.“DSME” və “HHIH” şirkətləri gəmiqayırma aktivlərini birləşdirərək yeni gəmi sifarişlərinin 60%-nə nəzarət edəcəklər.

Qeyd edək ki, “HHIH”-nin təklif etdiyi birləşmə 1,8 milyard dollar dəyərində qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır