Gəmilər üçün yeni ekoloji tələblər hazırlanır
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Çirklənmənin Qarşısının Alınması və Cavab Tədbirləri üzrə Alt Komitəsinin (PPR) 13-cü sessiyası başa çatıb. Toplantıda MARPOL konvensiyasının müxtəlif əlavələri üzrə bir sıra dəyişikliklər razılaşdırılıb.
Sessiya çərçivəsində yağlı tullantıların idarə olunması, kanalizasiya sularının atılması qaydalarının təkmilləşdirilməsi və yeni yanacaq növləri ilə işləyən mühərriklərin sertifikatlaşdırılması ilə bağlı qərarlar hazırlanıb.
Bundan başqa, xam neft daşıyan yeni tanker gəmilərində əlavə təhlükəsizlik klapanlarının quraşdırılması, bioçirklənmənin idarə olunması üçün hüquqi çərçivənin hazırlanması və dəniz plastik tullantılarının azaldılmasına dair 2026-cı il strategiyası da razılaşdırılıb.
Hazırlanan sənədlər təsdiq üçün IMO-nun Dəniz Mühitinin Mühafizəsi Komitəsinə təqdim olunacaq.


