Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-13,
Seanews
Heyder Eliyev

Kvinslend sahillərində kömürdaşıyan gəmi 12 gündür hərəkətsiz qalıb

Liberiya bayrağı altında üzən “Swift Hangzhou” adlı yük gəmisi mühərrik nasazlığı səbəbindən Avstraliyanın Kvinslend sahillərində, Koral dənizində 12 gündür hərəkətsiz vəziyyətdədir.

“Seanews.az” xəbər verir ki, gəmi yanvarın 31-də “Gladstone Port” limanından Cənubi Koreyaya doğru 21 nəfərlik heyətlə yola düşüb. Lakin 24 saat keçməmiş Cato Reef yaxınlığında texniki problemlə üzləşib. Məlumata görə, gəmi təxminən 79 min ton kömür daşıyır.

“Australian Maritime Safety Authority” (AMSA) fevralın 2-də hadisəyə reaksiya vermək üçün Xüsusi İdarəetmə Qrupu yaradıb. Qurum Kvinslendin müvafiq dəniz təhlükəsizliyi orqanları, gəmi kapitanı və operatoru ilə sıx əməkdaşlıq edir.

Dörd fövqəladə yedəkləmə gəmisi və dəniz qəzası üzrə mütəxəssis hadisə yerinə cəlb olunub. Rəsmi açıqlamaya əsasən, gəmi mövcud mövqeyində təhlükəsiz hesab olunur və rif sistemlərinə və hava şəraitinə nəzarət davam etdirilir. Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır