Veteran dənizçi Ağalar Behbudov
Ağalar Behbudov 1948-ci il fevralın 13-də Füzuli rayonunda anadan olub.
1967-1971-ci ildə Bakı Dəniz Yolları Məktəbində təhsil alıb. 1972-ci ilin yanvarında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində dördüncü mexanik kimi əmək fəaliyyətinə başlayıb. Bir neçə il ayrı-ayrı vəzifələrdə çalışaraq baş mexanik vəzifəsinə yüksəlib.
1975-1985-ci idlə Odessa Ali Dənizçilik Məktəbində təhsil alıb.
2002-2007-ci illərdə Gəmiçiliyin Qara dənizdə üzən gəmilərində çalışıb.
2008-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Əməyin Mühafizəsi və təhlükəsizlik xidmətinin rəisi olub. 2013-cü ildə isə Dəniz Nəqliyyatı Donanmasının KSƏTƏM şöbəsinə rəis təyin edilib.
Ağalar Behbudov bir müddət pedoqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dənizçilik Kollecində müəllimlik edib.
2016-cı ildə Prezident İlham Əliyevin Sərncanmı ilə dəniz nəqliyyatı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı ilə təltif olunub.