Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-09,
Seanews
Heyder Eliyev

Kapitan Zaur Mustafayevin əziz xatirəsinə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “SOCAR-1” gəmisinin kapitanı Zaur Böyükağa oğlu Mustafayev vəfat edib.

Zaur Mustafayev 23 avqust 1976-cı ildə Biləsuvar rayonunun Ağalı kəndində dünyaya göz açıb. 1983–1993-cü illərdə orta məktəbdə təhsil alıb. 1994–1998-ci illərdə cəbhə bölgəsində hərbi xidmət keçib.

O, 1998–1999-cu illərdə Bakı Dənizçilik Məktəbində təhsil alıb. 2001-ci ildə Bakı Dövlət Dəniz Balıq Sənayesi Kollecinin nəzdində “Gəmi sürücüsü” kursunu bitirib.

2003-cü ildə Xəzər Dəniz Neft Donanmasının gəmilərində kapitanın köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildə kapitan vəzifəsinə təyin edilib. 2011–2015-ci illərdə Volqa Dövlət Su Nəqliyyatı Universitetinin (VGUVT) filialı olan Həştərxan Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda “Gəmi sürücüsü” ixtisası üzrə təhsil alıb.

Əməksevər, pozitiv və diqqətcil bir insan olan Zaur Mustafayev gəmi heyətinin səmimi rəğbətini qazanmış, dəyərli insan və sadiq dost kimi hörmət tapmışdı. Əminik ki, bu dünyadan vaxtsız gedən Zaur Mustafayevin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaqdır.

ASCO-nun rəhbərliyi və kollektivi kapitan Zaur Mustafayevin vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır