Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-04,
Seanews
Heyder Eliyev

VLCC tanker fraxtı rekord həddə yüksəlib

Dünya tanker bazarında VLCC (Very Large Crude Carrier – iri neft tankerləri) üzrə fraxt dərəcələri rekord səviyyəyə çatıb.

“Seanews.az” xəbər verir ki, Yaxın Şərqdən Çinə neft daşınması üçün bir VLCC tankerinin gündəlik icarə haqqı 424 min dollar olub. Bu göstərici indiyədək qeydə alınmış ən yüksək fraxt dərəcələrindən biri hesab olunur.

Adətən VLCC tankerlərinin gündəlik icarə dərəcələri on minlərlə dollar səviyyəsində olur. Lakin son həftələrdə Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazında risklərin yüksəlməsi bazarda kəskin artıma səbəb olub.

Mütəxəssislər bildirirlər ki, bölgədə təhlükəsizlik risklərinin artması, sığorta problemləri və tanker hərəkətinin azalması bazarda gəmi çatışmazlığı yaradıb. Bu isə tanker daşımalarında fraxt dərəcələrinin sürətlə yüksəlməsinə gətirib çıxarıb.

Eyni zamanda LNG daşıyan gəmilərin fraxt dərəcələrinin də artdığı, bəzi hallarda təxminən 40 faiz yüksəldiyi qeyd olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır