Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-10,
Seanews
Heyder Eliyev

Yalovada yerləşən tərsanələrin birində güclü külək səbəbindən nəhəng kran aşıb

İstanbulda güclü külək sənaye müəssisələrində də təhlükəli anlara səbəb olub.

"Seanews.az" xəbər verir ki, ötən gün Yalova bölgəsində Özata Tərsanəsində güclü külək səbəbindən nəhəng kran aşıb.

Kranın aşdığını görən işçilər mümkün qəzadan yayınmaq üçün sürətlə açıq sahəyə çıxaraq ərazidən uzaqlaşıblar. 

"Özata Denizcilik Sanayi ve Ticaret A.Ş." tərəfindən 8 yanvar 2026-cı il tarixində hadisə ilə bağlı açıqlama verilib.

Açıqlamada şirkətin fəaliyyət göstərdiyi ərazidə kranlardan birinin aşdığı və maddi ziyan yarandığı qeyd olunub. Bildirilib ki, hadisədən əvvəl hava şəraiti yaxından izlənilib, ehtiyat tədbiri olaraq iş sahələri boşaldılıb. Bu səbəbdən hər hansı can itkisi baş verməyib, əməkdaşlar arasında xəsarət alan olmayıb.

Həmçinin qeyd olunub ki, tərsanə sahəsi və bütün avadanlıqları qüvvədə olan sığorta polisələri ilə əhatə olunub və ziyanın qiymətləndirilməsi işlərinə müvafiq sığorta şirkətləri ilə koordinasiyalı şəkildə başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır